XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Yanvar 2019 - 14:24

Azərbaycanda yeni internet sayt fəaliyyətə başlayıb

Azərbaycanda yeni internet KİV fəaliyyətə başlayıb.

Tanınmış jurnalist Elnur Məmmədlinin rəhbərlik etdiyi Yenisabah.az saytı artıq oxucuların istifadəsinə verilib.

Elnur Məmmədlinin Strateq.az –a bildirdiyinə görə, sayt ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayacaq. Mövcud mediada olan ənənəvi xəbər kateqoriyalarından fərqli bir neçə sahəvi bölmələr də saytda fəaliyyət göstərəcək.

“Müstəqil fəaliyyət göstərən sayt ölkədəki ictimai və siyasi təşkilatlar arasında heç bir fərq qoymadan xəbər hesab olunacaq bütün məlumatları öz səhifəsində işıqlandıracaq. Media sahəsində kifayət qədər rəqabətin olduğunu bilirik. Amma kifayət qədər boşluqların da olduğunu görürük. Ona görə də saytın inkişafı üçün bu boşluqlardan yararlanmaq və təkrarçılığa yol verməmək üçün isə fərqlənmək niyyətindəyik. Əsas hədəfimiz Azərbaycanda olan internet istifadəçilərinin ən azı 10 faizini öz oxucumuza çevirməkdir. Bunun üçün oxucularımızla daim kontaktda olmaq və xüsusilə vətəndaş jurnailstikasının imkanlarından maksimim istifadə etmək niyyətindəyik”. 

E.Məmmədli bildirib ki, “Yenisabah”ın prinsiplərindən biri də insanların vaxtını çox almamaq üçün bacardığı qədər xəbər yükünü saxlamaqla yazıların (müəllif yazıları istisna olmaqla) kifayət qədər qısa təqdim olunmasıdır.