XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 15:53

AzTV-də daha bir dəyişiklik –İTV-nin əməkdaşına vəzifə verildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam etdirilir.

Strateq.az Modern.az-a istinadən bildirir ki, İsmət Bünyadzadə AzTV-də Texniki istehsalat birliyinin rəisi Arzu Abdullayevin I müavini təyin edilib.

İsmət Bünyadzadə buna qədər İctimai Televiziyada çalışırdı.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Xatirə Qasım məlumatı təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət Televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.