XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 11:45

Ərdoğanın hədələdiyi Fatih Portakal FOX TV-dən gedir:"Kreslonu buraxmanın zamanı gəldi..."

FOX TV-nin məşhur aparıcısı Fatih Portakal telekanlı və jurnalistikanı tərk edir.

Strateq.az xəbər verir ki, bu barədə o, “Twitter”dəki hesabından açıqlama verib.

Portakal “Twitter”də belə yazıb: “Artıq kreslonu buraxmanın zamanı gəldi. Gəlməsini bildiyin kimi, getməsini də bilmək önəmlidir”.

Xatırladaq ki, təxminən iki ay əvvəl Türkiyə prezidenti Ərdoğan  FOX TV-nin məşhur aparıcısı Fatih Portakala növbəti dəfə sərt şəkildə xəbərdarlıq edib.

Belə ki, Ərdoğan ötən ilin dekabr ayının 18-də çıxış etdiyi toplantıda FOX TV-nin aparıcısı Fatih Portakalı nəzərdə tutaraq “Portakaldımı, mandalindimi, çıxıb xalqı küçələrə çağırır. Həddini bil. Əgər bilməzsənsə, bu millət ənsəni partladar”, – deyə bildirmişdi.

Fatih Portakal isə Ərdoğanın bu təhdidinə şərh verməyəcəyini demişdi: “Əcəba, nə deyəcək Fatih, əcəba haqqında söylənən sözlərə cavab verməyi düşünürmü? Xeyr, heç vaxt. Əgər belə bir şey gözləyirsinizsə, nə bu gün, nə sabah duyacaqsınız. Biz burada, sadəcə, Türkiyənin  gerçək xəbərlərini yayırıq”.

Bu “atışma”dan sonra isə məşhur aparıcının barəsində prokurorluqda araşdırma başlanıb.

Belə ki, Ərdoğanın qeyd edilən sərt xəbərdarlığından sona prokurorluq FOX TV-nin dekabr ayındakı “Ana xəbər” buraxılışında Fransadakı “Sarı jiletlilər”in aksiyasını şərh edən  Fatih Portakalın aşağıdakı sözləri əsasında cinayət işi açıb: “Gəlin, barışcıl bir aksiya ilə bahalaşmaya, bütün qiymət artımlarına, qazın qiymətinə etiraz edək. Edə bilərikmi? Neçə nəfər qorxudan, narahatlıqdan küçəyə çıxacaq? Allah eşqinə, neçə nəfər meydana çıxar, deyə bilərsinizmi? Fərdi və toplumsal müxalifəti basqı altına almağa və sındırmağa çalışırlar. Oysa ki, etiraz etmək ən təbii haqqdır, amma tətbiqinə imkan verilmir. Fransa olsun, Türkiyə olsun, açığı, çox da fərq etmir”.

Yeri gəlmişkən, beynəlxalq media qurumlarının araşdırmasına görə 80 milyonluq Türkiyənin 48 faizi məhz Fatih Portakalın apardığı “Ana Xəbər” proqramını əsas və ən etibarlı xəbər mənbəyi sayır.