XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 14:10

İspaniyanın EFE agentliyinin 3 jurnalisti saxlanılıb –Venesuelada

İspaniyanın EFE agentliyinin 3 müxbiri Venesuelada tutulub.

Məlumatı EFE agentliyi yayıb.

“Hakimiyyət Venesuelanın paytaxtı Karakasda EFE agentliyinin 3 jurnalistini tutub”, – deyə agentlik bildirib.

Agentlik bir müddət əvvəl Kolumbiyadan olan əməkdaşı, fotomüxbir Leonardo Munosanın itkin düşdüyü barədə məlumat yaymışdı. Leonardo Munosa Venesueladakı hadisələri işıqlandırırmış. Onunla birlikdə sürücü də itkin düşüb.

Onlardan əvvəl isə Çilinin TVN telekanalının jurnalistləri Rodriqo Peres və Qonsalo Baraona da Venesueladan reportaj yayımlayarkən tutulmuşdu. Onlar bir müddət saxlanıldıqdan sonra ölkədən deportasiya ediliblər. Venesuelalı jurnalistlər çilili həmkarları ilə birlikdə tutulublar. Onların taleyindən hələlik məlumat yoxdur. Bundan başqa, Fransanın TF1 telekanalının “Quotidien” proqramının iki fransalı jurnalisti də Karakasda tutulublar.

Xatırladaq ki, yanvarın 21-dən Venesuelada etiraz aksiyası keçirilir. Müxalifət lideri Xuan Quaydo Venesuelanın müvvəqəti Prezidenti elan olunub.

Report