XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 19:30

BMT-nin xüsusi məruzəçisi Xaşuqcinin nişanlısı ilə görüşdü –İstanbulda

Camal Xaşuqci cinayəti ilə əlaqədar istintaq çərçivəsində Türkiyədə olan BMT-nin qeyri-məhkəmə edamları üzrə xüsusi məruzəçisi Aqnes Kallamard öldürülən səudiyyəli jurnalistin nişanlısı Hatice Cengiz və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

“Anadolu” xəbər verir ki, görüşlər İstanbulun Şişli bölgəsindəki hotellərdən birində mətbuata qapalı şəraitdə baş tutub.

Əvvəlcə xüsusi məruzəçi Cengizlə, ardından QHT nümayəndələri ilə görüşüb.

Gün ərzində BMT nümayəndə heyətinin İstanbuldan Ankaraya gedərək danışıqları hökumət səlahiyyətliləri və Türkiyə kəşfiyyatının əməkdaşları ilə davam etdirəcəyi gözlənilir.

Xatırladaq ki, “Washington Post” ilə sıx əməkdaşlıq edən tanınmış səudiyyəli jurnalist Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasında qətlə yetirilib.

Türkiyə Prokurorluğu istintaqın yekunlarına görə, jurnalistin planlaşdırılmış cinayətin qurbanı olduğu nəticəsinə gəlib. Xaşuqci diplomatik missiya binasına girdikdən dərhal sonra boğulub. Cinayətdən sonra Xaşuqcinin meyiti hissələrə bölünərək məhv edilib.

Türkiyə İstanbulda Xaşuqciişi üzrə məhkəmə prosesinin təşkil edilməsinin tərəfdarıdır və rəsmi Ər-Riyadı jurnalistin qətlə yetirilməsində əli olanları təhvil verməyə çağırıb/Report