XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2019 - 20:14

Mətbuat Şurası İdarə Heyətinin üzvü qəzetinin çapını dayandırdı –Bahəddin Həziyev qərarını elan etdi

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bahəddin Həziyevin rəhbərlik etdiyi “Bizim Yol” qəzeti fəaliyyətini dayandırıb.

Strateq.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

Baş redaktor qeyd edib ki, “Bizim Yol” qəzetinin çap versiyası dayandırılsa da, onlayn versiyada fəaliyyətlərini davam etdirəcəklər.

Xatırladaq ki, KİVDF Müşahidə Şurasının bu gün keçirilən toplantısında qəzetlərin maliyyələşdirilməsinin yeni qaydaları müəyyənləşdirilib. 

Yeni qaydalarla tanışlıqdan məlum olur ki, 2019-cu ilin ikinci rübündən etibarən, yalnız tirajı 5 min nüsxə, satış tirajı isə 2 min nüsxədən az olmayan qəzetlər KİVDF-dən maliyyə yardımı ala biləcəklər.

Şərtlərin belə ağırlaşdırılmasından sonra bir sıra qəzetlər ikinci yarımilliyi gözləmədən indidən KİVDF-dən keçmiş layihələrini dayandırıblar.