XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 19:00

Angela Merkel “Facebook”dan getdi –Öz səhifəsini ləğv etdi  

Almaniya kansleri Angela Merkel özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsini ləğv etmək qərarına gəlib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Angela Merkel bu barədə fevralın 1-də yayımlanan videomüraciətində bildirib. Almaniya kansleri öz qərarını indiyə qədər səhifəsini Xristian-Demokratik İttifaqının sədri qismində istifadə etməsi ilə izah edib. Siyasətçi ötən ilin axırlarında bu vəzifəni tərk etdikdən sonra şəxsi səhifəyə ehtiyac görmür. Angela Merkel siyasi həyatını izləmək istəyənlərə Almaniya hökumətinin federal akkauntuna abunə olmağı tövsiyə edib.

Qeyd edək ki, Almaniya kanslerinin “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsinə 2,5 milyondan çox insan abunədir.