XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 21:34

“The Guardian”dan iddia:"İŞİD-in yeddi il əvvəl oğurladığı britaniyalı jurnalist sağdır"

İŞİD terror qruplaşması tərəfindən yeddi il əvvəl Suriyada oğurlanmış britaniyalı jurnalist Con Kentli hələ də sağdır.

Bu barədə “The Guardian” qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Britaniya DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Ben Uolles jurnalistlərlə görüşündə təfərrüatlara varmaqdan imtina edib. O, həmçinin terrorçuların jurnalisti hazırda harada saxladıqları barədə də informasiya verməyib.

The Sunday Times qəzetinin fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda əsir götürülmüşdü.

“İzvestiya” qəzetində verilən digər xəbərə görə, onu sağ olaraq axırıncı dəfə 2016-cı ildə Mosulda çəkilmiş kadrlarda görmüşdülər. Qəzet terrorçuların Kentli ilə birlikdə əsir aldıqları amerikalı müxbir Ceyms Foulini iki il sonra edam etdiklərini yazır/Azərtac.