XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

06 Fevral 2019 - 17:46

ƏƏSMN-də yeni təyinatlar:daha iki jurnalistə vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha iki təyinat gerçəkləşib.

Strateq.az-ın xəbərinə görə, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov özünün “Facebook” səhifəsində məlumat yayıb.

F.Talıbov bildirib ki, nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı təyin ediliblər.

Hər iki mətbuat katibini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.