XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

08 Fevral 2019 - 10:34

Qulu Məhərrəmli:“Özəl kanallar elə uçuruma gedir ki, heç bir şura onun qarşısını ala bilməz”

“Vaxtilə Azərbaycan radiosunda bədii şura olub – musiqi şurası olub. Televiziya və radioda da ənənə var. Bu, geyim, musiqi seçimi baxımdan bir ənənədir. Özəl televiziyalarda bu işlərə yanaşan, yönləndirə bilən şuraya ehtiyac var.

Strateq.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında tanınmış telejurnalist Qulu Məhərrəmli AZTV-də Bədii Şuranın yaradılması barədə qərarı şərh edərkən bildirib.

Qulu Məhərrəmlinin sözlərinə görə, AzTV-də kateqoriyalar üzrə göstərici var və hər müğənni efirə çıxa bilməz: “Müğənnilərin hansısa istedadı ola bilər. Amma səviyyəsiz, zövqsüz mahnılar verə bilməzlər. Bu, ənənədən irəli gəlir”.

Onun fikrincə bu addım yaradıclıq işlərinə qarışmaq deyil: “Şuralar daha dolğun və estetik normalara uyğun səviyyə təklif edə bilər. Amma hazırda özəl kanallar elə uçuruma gedir ki, heç bir şura onun qarşısını ala bilməz. Yaradılsa belə, şuranın bütün problemləri həll etməsi mümkün deyil”.

Q.Məhərrəmli xatırlatdı ki, bir neçə il bundan öncə prezident telekanallarda dil şuraları yaradılması ilə bağlı fərman imzaladı. Müsahibimizin sözlərinə görə, o zaman bütün kanallar onlarda belə şuranın olması barədə raport verdilər: “Amma sonradan bəlli oldu ki, belə bir şura yaradılmayıb. Yaradılsa belə formaldır. Çünki dil qüsurları çoxdur. Telekanallarda peşəkar rəhbər, yaxşı prodüser olanda o cür dil qaydalarının pozuntusundan, bayağı mahnılardan danışmırıq. Əksər kanal rəhbərlərinin niyyəti pul qazanmaqdır. Onların maliyyə mənbələri şəffaf olmadığı üçün məqsəd qoyublar ki, ancaq pul qazansınlar. AzTV-də yaradılan şuranın yarısı isə yararsız hala düşəcək”.

Xatırladaq ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. Bədii Şura ayda iki dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək.

Bədii şurada müğənni, Xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, Xalq artisti Siyavuş Kərimi, bəstəkar, Xalq artisti Faiq Sücəddinov, xanəndə, Xalq artisti Mənsum İbrahimov, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, Xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, Xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, Xalq artisti Təranə Muradova, tarzən, Xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.