XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

08 Fevral 2019 - 15:20

ƏƏSMN-də daha iki jurnalistə vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) daha iki təyinat gerçəkləşdirilib.

Strateq.az-ın xəbərinə görə, bu barədə nazirliyin mətbuat katibi Fazil Talıbov özünün “Facebook” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.

Hazırki vəzifəsinə qədər A.Osmanqızı “REPORT” İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında “Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, iki gün öncə ƏƏSMN-in tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı təyin edilib.