XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 14:10

“Sputnik Azərbaycan”ın baş redaktoru işdən çıxarıldı –Mətin Yaşaroğlu səbəbi açıqlamaq istəmir

Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb.

Bu barədə məlumatı AMEA-nın elmi işçisi, fəlsəfə doktoru Dilavər Əzimli yayıb:

“Tanınmış jurnalist, Qarabağ mövzusunda illərdi təbliğat aparan Mətin Yaşaroğlu işdən çıxarılıb. Azərbaycanda Mətin Yaşaroğlunu tanımayan jurnalist və ictimai-siyasi xadim yoxdur. Qarabağ mövzusunda daima maraqlı yazılar yazırdı. Milli bir insandır. Son vaxtlar milli qüvvələrin üzərinə bir hücum başlanıbdır. Buna görə də Mətin Yaşaroğlunun uzaqlaşdırılması adi məsələyə oxşamır. Yəqin ki, bu məsələyə aydınlıq gətiriləcək”.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Mətin Yaşaroğlu məlumatın doğru olduğunu bildirib.

O qeyd edib ki, işdən çıxmaq qərarı qətidir, lakin səbəbləri haqqında danışmaq istəmir.

“Martın 15-dən etibarən işdən uzaqlaşacam”– deyə jurnalist vurğulayıb.