XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 14:57

MTRŞ-nın sədr müavini:“Açıq-aşkar dələduzluqla məşğul olan üzdəniraq teleradio işçiləri var”

“Bu gün telekanallarda peşəkar kadrların qıtlığı açıq-aşkar hiss olunur”.

Bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

O bildirib ki, təkcə aparıcılar deyil, ümumilikdə, digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyaların, həmşinin radioların da bir nömrəli probleminə çevrilib.

Q.Cəbiyev vurğulayıb ki, teleradio işçiləri içərisində təsadüfi insanların da olması təəssüf doğurur: “Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq “ağa nəzərəm, belə gəzərəm” düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan üzdəniraq teleradio işçiləri də var. Halal və qanuni fəaliyyət yolu ilə Vətənə və xalqa xidmət etməyi bacarmayan, bu üzdən də ölkədən qaçıb ayrı-ayrı antiazərbaycan yuvalarında gizlənərək dağıdıcı və düşmən dairələrin əlində oyuncağa çevrilmiş bir para üzdəniraq qələm və mikrofon sahibləri də artıq çoxdandır ki, qırmızı xətti keçiblər.

Əlbəttə, belələrinin kimliyi, çağırışlarının məqsədi, fəaliyyətlərinin bütünlüklə etik və hüquq normalarına zidd olduğu və nəhayət, onları istiqamətləndirərək maliyyələşdirənlər Azərbaycan mediası, o cümlədən ölkənin teleradio camiəsində birləşən sədaqətli və peşəkar insanlar tərəfindən tam təfsilatı ilə araşdırılaraq cəmiyyətə təqdim olunmalıdır. Mən o fikirdə deyiləm ki, bu gün Azərbaycanın teleradio məkanında hər şey qaydasındadır. Əksinə, iş olan yerdə, yaradıcılıq axtarışları olan yerdə səhvlərə və nöqsanlara da təsadüf edirlər. Bir şərtlə ki, həmin səhvlər və nöqsanlar vaxtında aradan qaldırılsın və onların xroniki hal almasına yol verilməsin”.

Report