XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 15:18

“TV rəhbərlərinin kimlərisə dəyişmək barədə düşünmələrinin artıq vaxtıdır” –   Qafar Cəbiyev 

“Bu gün özəl teleradio yayımçıları arasında da işləri rəvan getməyən kanallar var”.

Bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

MTRŞ rəsmisi bildirib ki, reytinqli verilişləri yox dərəcəsində olan, efir səbətini çox zaman primitiv şou və çal-çağır səhnələri ilə dolduran, zamanın çağırışlarından geri qalan, tamaşaçı və dinləyicilərin arzu və istəklərini doğrulda bilməyən həmin kanalların təsisçiləri və rəhbərlərinin də nəyisə və kimlərisə dəyişmək barədə düşünmələrinin artıq vaxtıdır”.

Q.Cəbiyev vurğulayıb ki, Azərbaycan dövləti televiziyalar vasitəsilə mədəni irsin təqdimi və təbliği işini daim diqqətdə saxlayır, bu sahədə yaranan və yarana biləcək hər hansı problemin vaxtında aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirir: “Məsələn, yaxın keçmişdə efir məkanımız Latın Amerikası ölkələrinin istehsalı olan və bir çox hallarda Azərbaycan mentaliteti ilə əsla uzlaşmayan ucuz teleseriallarla dolmuşdu. Bu isə xalqın çoxəsirlik milli-mənəvi dəyərlərini sürətlə aşınmaya aparırdı. Bunu nəzərə alaraq Prezident 2012-2013-cü illərdə milli teleseriallar çəkmək məqsədilə telekanallara, təxminən, 15 milyon ABŞ dolları həcmində yardımlar ayırdı. Hansı ki, həmin yardımlar sayəsində özəl telekanallar tərəfindən xeyli sayda nisbətən keyfiyyətli efir materialı ortaya qoyuldu. Amma təəssüf hissi ilə onu da etiraf etməliyik ki, Prezidentin ayırmış olduğu vəsait hesabına çəkilən film və teleserialların heç də hamısı tamaşaçı rəğbəti qazanmadı və çox qısa vaxt ərzində efirlərdən yoxa çıxdı”.

Sədr müavini qeyd edib ki, Azərbaycan televiziyalarının və radiolarının ölkənin bütün bölgələrində keyfiyyətli yayımının təşkili hər zaman aktual olan problemlərdəndir: “Televiziyaların rəqəmsal yayıma keçməsi ilə bu sahədə vəziyyət, demək olar ki, arzuolunan səviyyəyə çatdırılıb. Radioların yayımında isə hələ ki problemlər qalır. Yəni kifayət qədər radiovericisi – ötürücü stansiyası olmayan bəzi radioların siqnalları əksər bölgələrə və sərhədyanı ərazilərə gedib çatmır. Əvəzində isə qonşu dövlətlərin radio stansiyalarının siqnalları ölkəmizin içərilərinədək gəlib çatır. Bu cür problemlər olmasın deyə, yerlərdə ötürücü stansiyaların sayı və gücü artırılmalıdır”.

Report