XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2019 - 17:21

MTRŞ müsabiqə elan etdi –Azərbaycanda yeni TV açılacaq

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. 

Şuradan Strateq.az-a verilən məlumata görə, iclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna martın 11-dən aprelın 11-dək müsabiqə elan edilib.

İclasda həmçinin “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.