XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 20:19

Dövlət Gömrük Komitəsi yeni sayt istifadəyə verəcək –Sahibkarlar üçün

Dövlət Gömrük Komitəsi (DGK) sahibkarlar üçün yeni sayt istifadəyə verəcək.

Bu barədə DGK-nın “Azərterminalkompleks” Birliyinin broker işinin təşkili şöbəsinin rəisi Anar Şükürov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.

O bildirib ki, saytın əsas məqsədi qısa idxal bəyannamələrinin onlayn tərtibatını, həmçinin idxal-ixrac əməliyyatlarında bəyannamələrin onlayn tranzit sisteminin daha dəqiq işləməsini təmin etməkdir: “Eyni zamanda, bu sayt vasitəsilə “Azərteminalkompleks”ə aid ödəmələrin daha rahat və şəffaf həyata keçirilməsi mümkün olacaq. Yeni sayt yaxın zamanlarda sahibkarların istifadəsinə veriləcək”.