XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 19:13

Dini qəzetlərlə bağlı qayda dəyişdi –Nazirlik komitə sədrinə səlahiyyət verdi

mubariz-qurbanli-2012

 

Ədliyyə Nazirliyinin Kollegiyası "Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları”nda dəyişiklik edib.

 

Dəyişiklik dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlıdır. Bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq. Dəyişiklik bu aydan qüvvəyə minib.

 

Bu Qaydalar mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulunun və uçotunun aparılması qaydalarını müəyyən edir və mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən aparılır. (APA)

 

Mətbu nəşr təsis etmək istəyən hüquqi, fiziki şəxs və ya onların səlahiyyətli nümayəndəsi nəşrin çapından 7 gün əvvəl ərizə ilə Ədliyyə Nazirliyinə rəsmi müraciət etməyə borcludur. Ərizəyə mətbu nəşr fiziki şəxs tərəfindən təsis olunduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti, mətbu nəşr hüquqi şəxs tərəfindən təsis olunduqda hüquqi şəxsin (kommersiya və dini qurumlar olduqda) nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, mətbu nəşrin redaktorunun (baş redaktorunun) şəxsiyyətini təsdiq edən sənədin surəti, mətbu nəşrin redaktorunun (baş redaktorunun) ali təhsilini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, mətbu nəşrin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə edildikdə buna dair həmin qurumların rəhbəri tərəfindən imzalanmış yazılı razılığı, mətbu nəşrin adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə buna dair həmin şəxslərin yaxın qohumlarının (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) və ya vərəsələrinin yazılı icazəsi, səlahiyyətli şəxsin səlahiyyətini təsdiq edən sənədin surəti əlavə olunur.