XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Fevral 2016 - 20:44

İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapıldı –Dənizdə

resad-itv

 

İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.

 

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır(APA).  

 

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.