XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 01:41

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC İdarə Heyətininsəlahiyyətləri azaldıldı

aztv-1

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin səlahiyyətləri azaldılıb, idarəetmə formasında dəyişikliklər edilib. 

 

APA-nın məlumatına görə, bu, Azərbaycan  prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında”  fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb. 

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin icra orqanı İdarə Heyətidir. Nizamnaməyə əsasən, İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarət seçilir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri və onun müavinləri tutduqları vəzifəyə görə İdarə Heyətinin üzvləri hesab edilirlər. İdarə Heyətinin sədri onun işinə rəhbərlik edir. İlkin mərhələdə İdarə Heyətinin sədri və müavin(lər)i vəzifəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunurlar. İndiyə qədər İdarə Heyətinin müstəqil şəkildə Cəmiyyətin təsis etdiyi hüquqi şəxslərin, filialların və nümayəndəliklərin vəzifəli şəxslərini təyin etmək və onların əməkhaqqını müəyyən etmək səlahiyyəti olub.  

 

Dəyişikliyə əsasən isə artıq İdarə Heyəti  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə Nazirlər Kabinetinin razılığını almalıdır.

 

Eyni zamanda Nazirlər Kabinetinə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyətləri verilib. 

 

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Nizamnaməsinə əsasən Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi, Cəmiyyətin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətləri Azərbaycan prezidentinə məxsus olub. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmanında dəyişikliklər edilməsi barədə fərmanda da bu səlahiyyətlərin Azərbaycan prezidentinə məxsus olduğu bir daha əksini tapıb.