XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Mart 2019 - 15:41

Prokuror sayt rəhbərinə şərti cəza istədi –Məhkəmə prosesi təxirə salınıb

Martın 18-də teref.info saytının redaktoru Nurəddin İsmayılovun («Bozqurd» batalyonunun keçmiş komandiri Nurəddin Xoca) Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edib.

Strateq.az xəbər verir ki, prosesdə vəkili Elçin Sadıqov məhkəmə çəkişməsinə səbəb olan məqalələrə rəy verən şəxsin gəlib ifadə verməsi ilə bağlı vəsatət qaldırıb. Amma ittiham tərəfi vəsatətə qarşı çıxıb, vəkilin istəyi təmin edilməyib. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prosesdə çıxış edən dövlət ittihamçısı N.İsmayılovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Amma o, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə N.İsmayılov barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını gərəkli sayıb.

Təqsirləndirilən şəxsin vəkili çıxışa hazır olmadığını deyərək, vaxt tələb edib. Məhkəmə prosesi martın 19-na kimi təxirə salınıb.