XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 16:28

Böyük Britaniya parlamentində yeni komitə yaradılır –Uydurma və saxta xəbərləri araşdırmaq üçün

Böyük Britaniya parlamentində uydurma və saxta xəbərləri araşdıracaq xüsusi Alt komitə yaradılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İcmalar palatasının Rəqəmli texnologiyalar, mədəniyyət, media və idman komitəsinin məruzəsində bildirilir.

“Uydurma xəbərlərin demokratiyaya yaratdığı təhlükələrə dair araşdırmalarımızın davamına ictimai marağın olduğuna əminik. Ona görə də uydurma xəbərlərlə bağlı yeni bir alt komitə yaradırıq. Komitə üçün məxsusi sayt da yaradacaq, habelə may ayında rəqəmli texnologiyalar, mədəniyyət, media və idman naziri Ceremi Raytın iştirakı ilə dinləmələr keçirəcəyik”, – sənəddə göstərilir.

İlk dinləmələr zamanı “Qondarma və saxta xəbərlər” adlı daha əvvəl dərc olunmuş məruzəyə hökumətin cavabını, həmçinin internetdəki zərərli əməllərlə bağlı yaxın vaxtlarda dərc olunacaq məruzəni müzakirə etmək nəzərdə tutulur. Dinləmələrdə Rəqəmli texnologiyalar, mədəniyyət, media və idman komitəsinin üzvləri iştirak edəcəklər.