XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 April 2019 - 18:40

XDMX-dən xəbərdarlıq:“Wordpress” və “Joomla”da olan bir çox sayt zərərverici yayırlar

Populyar “Wordpress” və “Joomla” platformalarında çalışan 500-dən çox müdaxilə edilmiş saytlar, arxa planda, fişinq linkləri və digər müxtəlif zərərli məzmunlu proqram təminatı da daxil olmaqla, bekdor yayıb. 

Bu barədə “Report”a Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, bu yeni kampaniyanı “Zscaler” şirkətinin mütəxəssisləri aşkar ediblər:

“Onların sözlərinə görə saytların komprometasiyası üçün xakerlər müxtəlif plaginlərdə, mövzularda və uzantılarda olan boşluqlardan istifadə edirlər. Hazırda hücumun təşkilatçılarının kim olması bəlli deyil. Məqsədlərinə çatmaq üçün kampaniyanın təşkilatçıları təhlükəsiz HTTPS bağlantısı istifadə edən saytlarda gizli xidməti qovluqları cəlb etməlidir. Bu qovluqlar sertifikatlaşdırma mərkəzlərinə domen haqqında məlumat əldə etməyə imkan verir, lakin bundan zərərli proqramları təminatlarını saxlamaq üçün təcavüzkar da istifadə edə bilərlər”.