XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 06:41

Maraqlı bilgilər-3

1.Dünyada iki paytaxt şəhəri var ki, bu şəhərlərin adının mənası paytaxt deməkdir. Bunlar Seul və Astanadır.

2. Maraqlıdır ki, Ekvatorial Qivineyanın ərazisini ekvator xətti kəsmir.

3. Şimal qütbündə vaxt Qrinviç vaxtı ilə hesablanır.

4. Cənub qütbündə isə Yeni Zellandiyanın vaxtı nəzərə alınır.

5. Rusiyanın ən böyük kəndi İnquşetiyadadır. Bu, Orconikidze kəndidir, əhalisi 70 min nəfərdir.

6. Polşada olan Velna və Nelba çayları bir-biri ilə 90˚ ilə birləşir və maraqlıdır ki, həm də qarışmırlar.

7. Stavropolda “45˚ paralel” küçəsi var. Doğrudan da, bu küçə 45˚- lik paralelə uyğun gəlir.

8. Seybel adası yeganə adadır ki, hərəkət edir. Onun hərəkət sürəti 200m/ildir.

9. Sidney və Melburn şəhərləri Avstraliyanın paytaxtı uğrunda mübarizə apardıqlarından yeni paytaxt Kanberra hər iki şəhərdən eyni uzaqlıqda yerləşir.

10. Kiribati Respublikası bütün yarım-kürələrdə yerləşən yeganə dövlətdir.

11. Nepalda vaxt qonşu ölkələrdən 15 dəqiqə fərqlidir.

12. Kanada yerli xalqların dilində “kənd” deməkdir.

13. Abxaziyada vaxtilə qrup şəklində Qafqaz zənciləri yaşayıblar.

14. Rəsmi olaraq Tayvan Rusiyanın Tuva Respublikasını özünün ərazisi hesab edir.

15. Kanadanın Manikuaqan gölündə yerləşən Rene-Levaser adası sahəsinə görə gölün özündən böyükdür.

16. İsveçin İtterbiyu kəndi yeganə yerdir ki, onun adı ilə 4 kimyəvi elementi adlandırıblar: İttriy, İtterdiy, Terbiy, Erbiy.

17. Nauru dövlətinin rəsmi olaraq paytaxtı yoxdur.

18. çin 4 saat qurşağında yerləşsə də, faktiki olaraq 1 saat qurşağından istifadə edir.

19. Dünyanın qeyri-rəsmi ən kiçik dövləti Silend neft platformasında yerləşir.

20. Vatikan ilk dəfə 1992 ci ildə Yerin Günəş ətrafında firlandığını rəsmi olaraq qəbul etmişdir.

Hazırladı: Namiq