XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 18:33

“The Quardian”:"Assanc barəsində ABŞ-da cinayət işi başlanılıb"

Bu gün Londonda saxlanılan “WikiLeaks”in yaradıcısı Culian Assanc barəsində ABŞ-ın Ədliyyə Departamenti tərəfindən cinayət işi başlanılıb.

“The Quardian” xəbər verir ki, Virciniya Şərq Dairəsi federal prokurorları tərəfindən irəli sürülən iddiaya əsasən, C.Assanj keçmiş hərbi kəşfiyyat əməkdaşı Çelsi Manninqlə birgə Müdafiə Departamentinin şifrəsini sındırmaq məqsədilə “kompüter haklamaq üçün sui-qəsd”də ittiham olunur.

Şifrəni sındırmaqla onlar hökumətin məxfi kompüter şəbəkəsinə daxil olaraq hərbi və diplomatik sənədləri “WikiLeaks”ə sızdıra bilərdilər.

Bu ittihamla C.Assanj 5 ilədək müddətinə həbs cəzasına məhkum oluna bilər/Report.