XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2019 - 16:06

Real TV-yə yerüstü yayım üçün lisenziya verildi –MTRŞ-dan qərar

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqənin nəticəsi məlum olub.

MTRŞ-nın bu gün keçirilən iclasında açıqlanan nəticələrə əsasən, müsabiqənin qalibi hazırda fəaliyyətdə olan -“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir (Real TV).

Beləliklə, MTRŞ Real TV-yə yerüstü yayım üçün müddətsiz lisenziya verib.

Xatırladaq ki, bu il martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı -“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Tеlеviziya və Radiо Şurasına müraciət etmişdi/Report.