XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 15:07

MTRŞ-da yeni vəzifə yaradılacaq –Açıqlama

Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq.

Bunu “Report”un sorğusuna cavab olaraq şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib.

O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.

A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: “Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”.

Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq.