XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 19:01

15 nəfər jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanı verdi –Açıqlama + FOTO

Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı keçirilib.

Strateq.az DİM-ə istinadən xəbər verir ki, bu imtahanın nəticələrinə görə, 15 nəfər bakalavr “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ əldə edib

Nəlumatda bildirilib ki, artıq bir neçə ildir ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlara bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilir. Həmin bakalavrlar 2019-cu il aprelin 16-dan 25‑dək Dövlət İmtahan Mərkəzinin internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 16 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmişdir ki, onlardan 15 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrıdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar 2019-cu il mayın 1-də və 2-də  DİM tərəfindən təşkil olunan Qabiliyyət imtahanı komissiyasının üzvləri qarşısında qabiliyyət imtahanı vermişlər. Komissiyanın tərkibinə jurnalistika üzrə kadrlar hazırlayan ali təhsil müəssisələrinin və Azərbaycan Mətbuat Şurasının nümayəndələri daxil edilmişdilər. Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov da qabiliyyət imtahanının gedişini izləmiş, imtahan verən bakalavrlara suallar ünvanlamış, məsləhət və tövsiyələr vermişdir.

Qabiliyyət imtahanı verənlər içərisində bakalavriat səviyyəsində jurnalistika üzrə təhsil alanlarla yanaşı, kitabxanaçılıq və informasiya, xarici dil müəllimliyi, politologiya ixtisasları üzrə təhsil almış şəxslər də olmuşdur. Bu imtahanın nəticələrinə görə, 15 nəfər bakalavr “məqbul” qiymət almış və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ əldə etmişdir. Həmin bakalavrlar 2019-cu il mayın 7-dək keçiriləcək proqram seçimi zamanı 44 saylı proqramı seçib təsdiq etməli və ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının mayın 26-da keçiriləcək ikinci mərhələsində jurnalistika üzrə inşa (esse) yazmalıdırlar. İmtahan haqqında ətraflı məlumat və yazı işinə dair tələblər “Magistr” jurnalının 2019-cu il tarixli 3-cü sayında dərc olunmuşdur.