XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 11:52

İTV-dən Məmməd İsmayılın işdən çıxarılan qızı haqda –AÇIQLAMA

itv-loqo

 

İctimai Televiziyanın (İTV) ictimaiyyətlə əlaqələr şöbəsi AzTV-nin sabiq rəhbəri, şair Məmməd İsmayılın qızı İntizar İsmayılın işdən çıxarılması və bunun AzTV rəhbərliyinin təzyiqi ilə olması haqda yayılan xəbərə reaksiya verib.

 

Strateq.az xəbər verir ki, İTV-nin bununla bağlı yaydığı açıqlamada İntizar Dinlərin (İsmayıl) işdən azad olunmasında  AzTV-nin hazırkı rəhbərliyinin hər hansı bir rolunun olmadığı iddia olunub. Bildirilib ki, İntizar İsmayılla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından, onunla yollar ayrılıb:

 

"Nəzərinizə çatdırırıq ki, İTV-nin rəhbərliyi qərarları kənardan heç bir müdaxilə olmadan, müstəqil şəkildə qəbul edir və verilmiş qərarların AzTV rəhbərliyinə heç bir aidiyyatı yoxdur".