XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2019 - 21:54

DTX baş redaktoru mükafatlandırdı –FOTO

Bu gün bir qrup jurnalist “Dövlət Təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-1921)” yubiley medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş mərasimdə medalları Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov təqdim ediblər.

Təltif olunmuş media mənsubları arasında Milli.Az-ın baş redaktor müavini, siyasi şərhçi Elçin Alıoğlu da vardı. (Trend)