XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 12:46

Mətbuat Şurasının sədri:"Şikayətlərin ən azı 30 faizə qədərini müəllimlər və direktorlar göndərir"

“İl ərzində Azərbaycan Mətbuat Şurasına 600-700 yazılı şikayət daxil olur. Şikayətlərin ən azı 30 faizə qədərini məktəblər, müəllimlər və direktorlar göndərir”.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

O bildirib ki, şikayətlər əsasən müxtəlif saytlarda müəllimlər və direktorlar haqqında gedən qərəzli və düzgün olmayan informasiyaların yayılması ilə bağlı olur: “Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur. Lakin əksər hallarda şikayət verən tərəf daha haqlı olur və o zaman da biz tövsiyyələrimizi veririk. Bəzən saytlarda, sosial şəbəkələrdə məktəblərlə bağlı paylaşımlar elə təəssürat yaradır ki, sanki Azərbaycan da müəllimlər savadsızdır, tanış olmasa, pul verilməsə müəllim qiymət yazmayacaq və məktəblərdə rüşvət tüğyan edir. Bu cür saytların sayı təəssüf ki, çoxdur”.

Ə.Amaşov qeyd edib ki, valideynlər tərbiyə ilə bağlı missiyalarını məktəbdən gözləyirlər. “Amma unudurlar ki, tərbiyə ailəyə xas olan xüsusiyyətdir, tərbiyəni valideyn verir. Təhsillə bağlı qanunlar qəbul edilir, lakin izahı və təhlili verilmir. Təhsilin Azərbaycanın ictimai mədəni həyatında oynadığı rol çatdırılmalıdır”.  /Report