XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2019 - 11:36

Baş redaktorun şikayəti təmin edilmədi –Məhkəmə prosesi

Bakı Apellyasiya Məhkəməsində “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovun barəsindəki hökmdən verdiyi apelyasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiya şikayəti təmin etməyib, onun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 2 ilsınaq müddətinə cəza təyin olunub.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.