XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 08:08

Mikayıl Cabbarov jurnalistlərdən kömək istədi
Təhsil naziri Mikayıl Cabbarov Avropa Oyunları ərəfəsində təhsil müəssisələrində pul yığılması haqda səsləndirilən fikirlərə münasibət bildirib.
Strateq.az Virtualaz.org-a istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında məktəblərdə və digər ümumtəhsil müəssisələrində bəhanədən asılı olmayaraq qanundan kənara çıxmağı, pul yığmağı “qeyri-qanuni hərəkət” adlandırıb.
M.Cabbarovun sözlərinə görə, bəzi hallarda yoxlanmamış informasiyalar sosial şəbəkələrdə tirajlanır: “Bu cür hallarla bağlı məlumatlar Təhsil Nazirliyində və hüquq-mühafizə orqanlarında ciddi araşdırılır”.
Nazir bu cür hallarla bağlı “Qaynar xətt” xidmətinə heç bir müraciətin edilmədiyini dedi.
M.Cabbarov sosial şəbəkələrdə Xaçmaz rayonunda təhsil müəssisələrinin birində bu cür halın olması ilə bağlı məlumatların yayıldığını və bu məsələ ilə bağlı araşdırma aparıldığını söylədi: “Rayonun təhsil şöbəsinin müdiri nazirliyin daxili nəzarət şöbəsinə dəvət olundu və müvafiq araşdırma aparıldı”.
Nazir sonda media nümayəndələrinə və vətəndaşlara müraciət etdi: “Media mənsublarına və vətəndaşlara üz tutaraq demək istəyirəm ki, onlar üzərlərinə düşən vətəndaşlıq borcunu yerinə yetirərək, belə hallarda nazirliyə müraciət etsinlər”.