XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2016 - 11:02

Məhkəmə ANS-in şikayətini təmin etmədi – [color=red]MTRŞ yenə qalib çıxdı

Səbail rayon Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

Məlumata görə, məhkəmənin qərarı ilə “ANS” Müstəqil Yayım və Media Şirkətinin şikayəti təmin edilməyib. MTRŞ-nın çıxardığı qərar qüvvəsində saxlanılıb.

Qeyd edək ki, ötən il oktyabrın 5-də MTRŞ ANS televiziyasında yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişində reklam haqqında qanunvericiliyin tələbələrinin pozulmasını əsas gətirərək 09/3 saylı qərar qəbul edib. Həmin qərarda ANS-in cərimələnməsi nəzərdə tutulub.

Qərarla razılaşmayan şirkət isə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib.

APA