XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2016 - 13:41

Tanınmış jurnalist İlhamiyyə Rza [color=red]ANS-də veriliş aparacaq

Aparıcı İlhamiyyə Rza uzun fasilədən sonra efirə qayıdır. 

Axşam.az-ın məlumatına görə, o, bundan sonra ANS-də çalışacaq. İ.Rza “Nəzər nöqtəsi”nə aparıcılıq edəcək. 

Qeyd edək ki, “Nəzər nöqtəsi”ni bundan əvvəl Eldəniz Elgün aparıb. Veriliş həftə içi hər gün saat 20:30-da efirə gedir. 

Xatırladaq ki, İlhamiyyə Rza 1989-cu ildən Azərbaycan Dövlət Televiziyasında "Xəbərlər" redaksiyasında, sonralar isə ABA ("Alo, eşidirik"), Lider ("Milyonçu"), Space ("Gecə kanalı") telekanallarında çalışıb. Uzun müddətdir televiziyadan uzaq qalan jurnalist yazılı mətbuatda da dərc olunub.