XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2019 - 13:54

Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi işdən çıxarıldı –KTN-də dəyişiklik

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Rövşən Vəziroğlu işdən çıxıb.

Bunu R.Vəziroğlu özü bildirib.

Onun sözlərinə görə, bu vəzifədə 3 il yarım çalışıb.

Hazırda Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi vəzifəsini uzun illər Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi olmuş Murtuzəli Hacıyev icra edir.

Qeyd edək ki, bu ilin yanvarın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb/Report.