XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2016 - 16:45

“Mediaya tibbi dəstək” xeyriyyə aksiyası keçirilib – [color=red]”Azərbaycan-İsrail” Beynəlxalq Tibbi Mərkəzində

israil-1.jpg

Bu gün “Azərbaycan-İsrail” Beynəlxalq Tibb MərkəziAzinforum.az saytının birgə təşkilatçılığı ilə “Mediaya tibbi dəstək” adlı xeyriyyə aksiyası keçirilib.

Beynəlxalq Tibb Mərkəzinin Bakı şəhərində olan ofisində ölkənin tanınmış KİV-lərini təmsil edən 40-a yaxın jurnalist pulsuz tibbi müayinədən keçib. Saat 11.00-da başlayan aksiya 16.00-a qədər davam edib.

Jurnalistləri rəhbəri olduğu tibb mərkəzində salamlayan Aleksander Şapiro-Suliman bildirib ki, imkanları daxilində KİV nümayəndələrinə bacardıqları tibbi dəstəyi verməyə hazırdırlar.

Aksiyadan yararlanan jurnalistlər tədbirin sonunda “Azərbaycan-İsrail” Beynəlxalq Tibb Mərkəzinə bu nəcib təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.

Aleksander Şapiro-Suliman  jurnalistlərdə aşkarlanan bəzi xəstəliklərin müalicəsinə də yardımçı olacaqlarını bildirib.