XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

05 İyul 2019 - 15:24

Sosial mediada kiberhücumların aşkarlanması üçün yeni üsul hazırlanıb –AMEA-nın alimləri tərəfindən

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Sosial media məlumatlarında kiberhücumların aşkarlanması üçün Deep Learning üsulu” sərlövhəli məqaləsi “World Scientific” nəşriyyatında çap edilən “Advances in Data Science and Adaptive Analysis” jurnalında dərc olunub.

Bu barədə İnstitutdan Strateq.az-a verilən məlumata görə, məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevadır.

Məqalədə sosial media mətnlərinin intellektual analizi əsasında kiberhücumların aşkarlanması üsulu təklif edilir. Üsul sosial mediada relevant mətnlərin tapılması yolu ilə kiberhücumların başvermə ehtimalını yüksək dəqiqliklə, az itkiyə yol verməklə proqnozlaşdıra bilir.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (“Big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqi” adlı qrant layihəsi əsasında hazırlanıb.

Qeyd edək ki, “Advances in Data Science and Adaptive Analysis” jurnalı “Web of Science”, “Academic OneFile”, “CNKI Scholar”, “CnpLINKer”, “Compendex”, “Computer & Information Systems Abstracts”, “DBLP Computer Science Bibliography” və s. beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.