XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 İyul 2019 - 23:19

“Google”:"Çin Silahlı Qüvvələri ilə əməkdaşlıq etmirik"

“Google” şirkəti Çin Silahlı Qüvvələri ilə əməkdaşlığına dair yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, “PayPal” ödəniş sisteminin təsisçisi Piter Thiel “Google” şirkətinin Çin hökuməti və hərbiyyəsi ilə əməkdaşlıq etdiyini deyərək ABŞ-ı bununla bağlı araşdırma aparmağa çağırmışdı.

Onun fikrincə, bəzi xarici kəşfiyyatların nümayəndələri sözügedən şirkətin müəyyən layihələrinə, o cümlədən süni zəka yaradılmasına dair fəaliyyətlərinə qoşula bilər/Report.