XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2019 - 16:43

Baş nazir Novruz Məmmədov da jurnalistlərə təbrik ünvanladı –Mətn

Baş nazir Novruz Məmmədov Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələrini təbrik edib.

Strateq.az xəbər verir ki,  o,  “Twitter” hesabında jurnalistlərə belə təbrik ünvanlayıb:

“144 yaşını qeyd edən Milli mətbuatımızın ilk nümunəsi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən əsasını götürüb. O vaxtdan keşməkeşli yol keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

Müasir Azərbaycan mətbuatı isə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərinə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır. Azərbaycan mətbuatının milli-mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi və eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və milli informasiya təhlükəsizliyimizin təmin olunmasında müstəsna xidməti vardır. Bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində daim uğurlar arzulayıram”.