XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2016 - 15:17

1,5 milyard insan mobil siqnalın əlçatmaz olduğu [color=red] ərazilərdə yaşayır

mobil siqnal.jpg

Dünya Bankının yeni hesabatına əsasən, dünyada 4 milyard nəfər hələ də internetə çıxışa malik deyil.

Hesabat müəlliflərinin fikrincə, qlobal şəbəkədə rəqəmsal bərabərsizliyin aradan qaldırılması iqtisadi artıma, əhali üçün iş yerlərinin yaradılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək.

“Un.org” saytı xəbər verir ki, hazırda müasir dünyada mobil rabitədən istifadə etmək imkanına malik olan insanların sayı elektrik enerjisi və ya su istehlakçılarının sayını ötür. Məlumata əsasən, son 10 ildə internet istifadəçilərinin sayı 3 dəfə artaraq 3,2 milyard nəfər təşkil edib, ancaq planetin əhalisinin 60 faizi, yəni təxminən 4 milyard nəfər hələ də internetə çıxışa malik deyil. Həmçinin mobil rabitənin sürətli inkişafına baxmayaraq, təqribən 2 milyard nəfər mobil telefonlardan istifadə etmir. Eyni zamanda təxminən 1,5 milyard nəfər mobil siqnalın əlçatmaz olduğu ərazilərdə yaşayır.