Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvili yeni televiziya kanalı açacaq.
Bu barədə sabiq nazir özünün sosial media hesabında məlumat verib. Bildirib ki, baş verən hadisələr onu Gürcüstanın ictimai-siyasi həyatına yeni telekanal açaraq qoşulmağa vadar edib.
“Yeni televiziya kanalı heç bir partiyanı, maraq dairəsini və ya elit təbəqəni dəstəkləməyəcək. O bütün cəmiyyəti, fikir azadlığını və ölkənin inkişafını dəstəkləyəcək. Telekanal ən ali tərəfsiz və azad media prinsiplərinə sadiq qalacaq”, – deyə D.Kezeriaşvili bildirib.
Qeyd edək ki, D. Kezeriaşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini icra edib. /APA