Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramia istintaqa ifadə verəcək.
Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
N.Qvaramia “Rustavi 2”-də rəhbərliyin, teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı aparılan istintaq çərçivəsində dindiriləcək.
Qeyd edək ki, “Rustavi 2”nin sahibi dəyişəndən sonra N.Qvaramia iyulun 18-də kanalın baş direktoru vəzifəsindən azad olunub/Report.