Ermənistan Jurnalistlər Birliyinin sabiq rəhbəri Astxik Qevorqyana qarşı ittiham irəli sürülüb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
86 yaşlı Astxik Qevorqyana qarşı Cinayət Məcəlləsinin 325-ci maddəsi – saxtalaşdırma, saxta möhürlərin hazırlanması və istifadəsi, rəsmi sənədlərin satışı ilə bağlı ittiham irəli sürülüb.
Ondan ölkədən çıxmamaqla bağlı iltizam alınıb. /APA