XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 10:46

Azərbaycanda Ukrayna telekanalının yayımına başlandı – [color=red]Səfirlikdən açıqlama

Azərbaycan və Ukraynanın Milli Televiziya və Radio şuraları arasında əldə olunmuş razılaşmanın icrasına uyğun olaraq, Ukraynanın UA/TV telekanalının yanvarın 19-dan Azərbaycan ərazisində yayımına başlanılıb.

Apa.az-ın Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, müvafiq olaraq, Azərbaycan Dövlət Televiziyası da Ukrayna ərazisində yayımlanacaq:
 
“Bu, vacib bir hadisədir. Çünki Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı Ukraynadakı hadisələri azərbaycanlılar birbaşa Ukrayna kanalı vasitəsi ilə izləyə biləcəklər. Hazırda yayım Azərbaycanın əsas kabel televiziyalarından olan «KATV1» vasitəsi ilə həyata keçirilir. Yaxın günlərdə kanalın «ATV+», «BBTV», «Connect», «Aile TV» kimi operatorlar vasitəsi ilə yayımı gözlənilir”.