XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 11:42

Gömrük Komitəsindən mediaya hədə – [color=red]Rəsmi

Dövlət Gömrük Komitəsi bəzi kütləvi informasiya vasitələrində Gəncə Gömrük İdarəsinin rəisinin qanunsuz əlvan metal biznesini himayə etməsi barədə yayılan məlumatlara reaksiya verib.

Strateq.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bəzi KİV-də yayılan “Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?”  başlıqlı məlumatlara belə münasibət bildirib: 

“Dövlət Gömrük Komitəsi bildirir ki, “Camaloglu LTD” şirkəti ixrac əməliyyatlarını gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirir və adları hallanan gömrük əməkdaşlarının guya qeyri-qanuni ixrac əməliyyatlarında iştirakı faktı da tam məqsədli şəkildə bu şər və böhtan xarakterli məlumatlarda qeyd olunur.

Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını ölkə qanunlarına hörmət etməyə çağırır.

Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında cavab verəcəklər”.