XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 19:25

Reklam departamentinin direktoru vəzifədən çıxarıldı –AzTV-də daha bir dəyişiklik

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri davam edir.

Strateq.az Mia.az-a istinadla xəbər verir ki, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin reklam departamentinin direktoru Emin Yasinovu işdən kənarlaşdırıb.

Xəbərdə digər diqqətçəkən məqam odur ki, Emin Yasinovu bu vəzifəyə elə Rövşən Məmmədovun özü təyin etmişdi.

Məlumat üçün onu da bildirək ki, sədr əvəzi dünən şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu da tutduğu vəzifədən azad edib.

Onu da qeyd edək ki, Reklam departamentinin işdən çıxarılan direktoru E.Yasinov N.Kərimovun kürəkənidir.