XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2016 - 12:59

Mirşahinin aparıcısı olduğu veriliş dayandırıldı – [color=red]MTRŞ-dən qərar

Bu gün Milli Televiziya və Radio Şurasınnın (MTRŞ) növbəti iclasında ANS-ə qarşı daha bir qərar qəbul olunub.

Strateq.az MTRŞ-ə istinadən xəbər verir ki, qərarla ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması – proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının (Aparıcısı Mirşahin Ağayevdir – Strateq) yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.