XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2016 - 15:35

Əfsanəvi Hollivud ulduzu Robert De Niro: [color=red]“Bakıya gəlmək istəyirəm…”

 

 

de niro.jpg

“Bakı haqqında çox eşitmişəm. Amma orada heç vaxt olmamışam. Mənə danışıblar ki, Bakı çox gözəl yerdir”.

Strateq.az bildirir ki, bu sözləri məşhur Hollivud ulduzu Robert De Niro Nargis jurnalına müsahibəsində bildirib.

De Niro Bakıya gəlmək istədiyini açıqlayıb.

“Hələlik mənim bununla bağlı dəqiq planım yoxdur. Amma çox istəyriəm ki, Azərbaycana gəlim”.

De Niro təsisçisi olduğu “Nobu” restoran brendinin Bakıda açılmasını arzu etdiyini qeyd edib.

Ulduz aktyor təyyarə ilə uçduğu zaman Bakının üzərindən keçidkərini qeyd edib. “Qətərdən təyyarə ilə qayıdan zaman mənə dedilər biz indi Azərbaycanın üzərindən uçuruq. Ona görə deyə bilərəm ki, mən Bakını artıq quş uçuşu məsafəsindən görə bilmişəm”, – deyə De Niro bildirib.