XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2016 - 13:38

Reanimasiyada olduğu deyilən Mirşahin evə buraxılıb – [color=red]Xəstəliyin “siyasi” olduğu təsdiqləndi

mirsahin.jpg

Xəbər verdiyimiz kimi, dünən ANS şirkətlər qrupunun vitse-prezidenti, Əməkdar jurnalist Mirşahin Ağayevin ürək tutması ilə 1№-li Klinik xəstəxanaya çatdırıldığı, bu gün isə məşhur jurnalistin halının daha da  pisləşdiyi və reanimasiya şöbəsinə keçirildiyi xəbəri yayılmışdı.

Ancaq Mərkəzi Klinik Xəstəxanasından qafqazinfo.az-a verilən məlumata görə, jurnalist artıq evə buraxılıb:

"Mirşahin Ağayev artıq özünü yaxşı hiss edir və həkimlərin məsləhəti ilə bu gün səhər xəstəxananı tərk edib".

Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmiş, heç üzərindən 1 sutka keçməmişsə, MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğv edildiyini açıqlamışdı.

Onu da bildirək ki, bu xəbərlər ortaya çıxan vaxt Strateq.az, ANS-lə bağlı baş verən proseslərin arxasında hakimiyyətdaxili qruplaşmaların mediaya nəzarət uğrunda savaşının durduğunu vurğulamış və Mirşahinin də xəstəliyinin "siyasi" olduğu və tezliklə sağalacağı xəbərini yaymışdı. Bu səhər reanimasiyaya yerləşdirildiyi bildirilən Mirşahinin artıq evə buraxılması da tanınmış jurnalistin xəstəliyinin "siyasi" olduğunu bir daha təsdiqləyir. 

(Bax: ANS-MTRŞ qovğasının sirri açılır: Mirşahinin niyə "xəstələndiyi" bilindi, axşam "sağalacaq")

 

Strateq.az