XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2016 - 21:11

Azərbaycanlı jurnalistlər yarışdılar – [color=red]Hələlik “Zəka Savaşı”nda

zeka-1.jpg

Jurnalistlər arasında “Zəka Savaşı” adlı  intellektual oyununa start verilib.

Strateq.az xəbər verir ki, altı nəfər media nümayəndəsinin bir-birinə qarşı açdığı  intellekt savaşı  maraqlı məqamlarla yadda qalıb. Ümumilkdə, gərgin oyun keçib. Dörd mərhələdən ibarət “Zəka Savaşı”nın sonunda Azad Azərbaycan televiziyasının əməkdaşı Mahmud Rövşənoğlu qalib gəlib. 

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin rəhbəri Rövşən Abdurəhmanlıdır. Layihənin keçirilməsində əsas məqsəd  mediadakı intellekt probleminə diqqət çəkməkdir. Layihə mart ayınadək davam edəcək. Ümumilkdə, 50-dən çox jurnalistin iştirakı nəzərdə tutulub. 

Biliyinə, savadına, intellektinə və dünyagörüşünə güvənən media nümayəndələri [email protected]  ünvanına müraciət edə bilərlər. 

Qeyd edək ki, “Zəka Savaşı” bundan öncə 2013–cü ildə Azərbaycan Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsi çərçivəsində də gerçəkləşdirilib.

zeka-2.jpg